Bakı sakini külli miqdarda narkotiklə yaxalandı - YASAMALDA ƏMƏLİYYAT

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Nazim Məmmədqasımov saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, ondan 1 kiloqram 145 qrama yaxın marixuana, həmçinin heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az