Narkotiklə əlaqədar həbs olunmuşdu, yenidən "ilişdi" - GƏNCƏ SAKİNİ SAXLANILDI

Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Fəxrəddin Əliyev saxlanılıb. 

Stopnarkotik.az xəbər verir ki, ondan 2 kiloqram 75 qram çəkidə marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az