Bakıda evlərə qənim kəsilən keçmiş məhkumlar ələ keçdi

Bakının Suraxanı rayonunda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyində Stopnarkotik.az-a verilən xəbərə görə, Suraxanı rayonunda müxtəlif evlərdən 1500 manat pul, 4000 manat dəyərində qızıl-zinət, 400 manat dəyərində gümüş və geyim, sənədlər, bank kartları, parfümeriya əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinənlər—Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Əhmədov və R.Həsənov müəyyən olunaraq saxlanılıblar.