ƏVVƏL NARKOTİKLƏ ƏLAQƏDAR HƏBS OLUNMUŞDU, İNDİ İSƏ... - Keçmiş məhbus saxlanıldı

Lerik rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Qafur Kərimovdan tüfəng və 13 ədəd patron aşkar olunaraq götürülüb. 

Stopnarkotik.az xəbər verir ki, Q.Kərimov Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.