Yanvarın 2-nə keçən gecə Qaradağlı kəndi ərazisində mağazaların birindən 250 manat pul və 2000 manat dəyərində məişət əşyaları, spirtli içki və tütün məmulatı oğurlanmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - rayon sakini Ə.Məmmədov və Gəncə şəhər sakini R.Qafarov saxlanılıblar.
Stopnarkotik.az xəbər verir ki, onlar Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ələ keçib.
Ə.Məmmədovun digər bir evdən 204 manat və 2000 ABŞ dolları oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.