Yanvarın 19-da Nizami rayonu ərazisində bir qadının çantasından 200 manat və 200 ABŞ dolları pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rahil Kazımov saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, R.Kazımov Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ələ keçib.
Faktla bağlı araşdırma aparılır.