Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələri saxlamaqda və daşımaqda şübhəli bilinən Zaqatala şəhər sakini Renat Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, R.Məmmədovun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Stopnarkotik.az