26.01.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Əhmədov İlkin Duman oğluna məxsus bir ədəd RQN markalı əl qumbarası, bir ədəd UDZ partladıcısı, bir ədəd “MİL SPEC” markalı tapança və darağı, 9x19mm çaplı 16 ədəd patron və narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə Xəzər rayonu, Qala qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.
Bu barədə Stopnarkotik.az-a Penitensiar xidmətdən məlumat verilib.
Əl qumbarası Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.