Gəncədə qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən, əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Məhsəti qəsəbə sakini Adil Məmmədov saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, A.Məmədov Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ələ keçib.
Onun evinə baxış zamanı oradan 1 ədəd nömrəsi silinmiş “AK-74” avtomat silah, 14 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az