Bir nəfərin bank kartı hesabındakı 620 manat pulu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nəcəf Məmmədov müəyyən olunaraq saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, o, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ələ keçib.
Faktla bağlı araşdırma aparılır.