Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü Nemət Şükürov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.
DİN-dən Stopnarkotik.az-a verilən məlumata görə, ondan 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. N.Şükürov silahı bir müddət əvvəl əldə etdiyini amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib.
Faktla bağlı Sabunçu RPİ 13-cü PŞ-də araşdırmalar davam etdirilir.