Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən bazarda bir nəfərin 200 manat dəyərində məhsulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Dünyaəli Pirverdiyev müəyyən edilərək saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, D.Piriyev Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ələ keçib.
Ondan narkotik vasitə olan heroin, həmçinin lüləsi və qundağı kəsilmiş ov tüfəngi də aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az