Yasamal Rayon Polis İdarəsi əməkdaşları əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini olan bir nəfərin bank kartından 512 manatını oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş qadın müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar araşdırma aparılır.