Narkomaniya və onun fəsadlarının qarşısının alınması, yeniyetmə və gənclərin “ağ ölüm”ün zərərləri barədə məlumatlandırılması məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirmə işləri davam etdirilir. Bu istiqamətdə yeniyetmələrlə növbəti görüş Qax Peşə Liseyində keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşdə narkomaniyanın səbəb olduğu faciələrdən, ondan istifadə edən şəxslərin qarşılaşdıqları problemlərdən danışılıb. Daha sonra diskussiya şəklində davam edən tədbirdə suallar cavablandırılıb, iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib.
Stopnarkotik.az