“Narkomaniyaya və erkən nikaha yox deyək!” - UCARDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ / FOTO

Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 5 saylı tam orta məktəbdə, eləcə də Alpı kənd tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları və yuxarı sinif şagirdləri iştirak ediblər.

Stopnarkotik.az xəbər verir ki, görüşlərdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Qoşqar Kazımov bildirib ki, əsrin bəlasına çevrilən və gənclərin gələcəyini məhv edən bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ölkə ərazisində zəruri bütün tədbirlər görülür və bu qanunsuz əməllə məşğul olan şəxslərin ifşa olunması istiqamətində qətiyyətli əməliyyat tədbirləri keçirilir.

Çıxışında yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasından da danışan rəis müavini, erkən nikahların qanunla qadağan olunduğunu,  bu cür halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib. 

Görüşlərin sonunda məktəbliləri və digər iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Stopnarkotik.az