İrandan ölkəmizə külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı - FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısını alıb.

Bu barədə Stopnarkotik.az-a DSX-dən məlumat verilib.

Bildirilib ki, fevral ayının 26-da saat 19:40-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Xidməti ərazidən ümumi çəkisi 42 kiloqram 550 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

"