İqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsait 300 milyard dollara qaldırıldı - BAKIDA MÜHÜM ANLAŞMA

COP29-da iştirak edən tərəflər iqlim maliyyəsi üzrə qərarı təsdiqləyib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə qərar COP29-un yekun iclasında qəbul olunub.

Sənədə görə, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün ildə ayrılacaq 100 milyardın 2035-ci ilədək azı 300 milyard dollara qədər yüksəldilməsi nəzərdə tutulub.