Rusiya prezidenti Vladimir Putin uşaqsız insanların ictimai təbliğatını qadağan edən qanunu imzalayıb.
Rusiya mediası xəbər verir ki, müvafiq sənəd dərc olunub.
İndi uşaq dünyaya gətirməkdən imtinanı internetdə, mediada, kinoda və reklamda təbliğ etmək olmaz. Sənəd bu ideyaların uşaqlar arasında təbliğini də qadağan edir. Yetkinlik yaşına çatmayanları bu cür məlumatlardan qorumaq üçün səlahiyyətli orqanlar tədbirlər görəcək.
Dövlət Dumasının sədri Vyaçeslav Volodinin izah etdiyi kimi, yeni normalar “qadının uşaq sahibi olmaqdan imtina etmək qərarına” təsir göstərmir. Onun sözlərinə görə, söhbət konkret olaraq gənc nəslin dağıdıcı təsirlərdən qorunmasından gedir. Volodinin sözlərinə görə, hər şey edilməlidir ki, yeni vətəndaş nəsilləri “ənənəvi ailə dəyərlərinə əsaslanaraq böyüsünlər”.
Qeyd edək ki, Rusiyada insanlar arasında təbii ölüm halları doğumları üstələdiyinə və bu, demoqrafik göstəricilərə mənf təsir göstərdiyinə görə Rusiya belə bir qadağanı tətbiq etməyə məcburdur./Musavat.com