Quldurluq əməlində şübhəli bilinən keçmiş məhbus saxlanıldı - OĞURLUĞA GÖRƏ AXTARIŞDA İDİ

Fevralın 1-də rayon ərazisində Bakı şəhər sakini olan bir nəfərin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (Oğurluq) axtarışda olan Astara rayon sakini, əvvəllər məhkum olunmuş İbrahim Əlizadə saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, İ.Əlizadə Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ələ keçib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Stopnarkotik.az