Yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, narkomaniyanın mənfi təsirləri barədə onları maarifləndirmək məqsədilə Göyçay rayonunun Ləkçıplaq kənd 2 saylı tam orta məktəbində şagirdlərlə növbəti görüş keçirilib.
Stopnarkotik.az xəbər verir ki, narkomaniyanın törətdiyi fəsadlar, insan sağlamlığı üçün yaratdığı problemlərlə bağlı məktəblilərə ətraflı məlumat verən rayon polis şöbəsinin rəisi, polis polkovniki Müqalib Abdıyev narkomanlığa qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal mövqe sərgiləməsinin zəruriliyini diqqətə çatdırıb.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Stopnarkotik.az