Nəsimi rayonu ərazisində bir nəfərin 980 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Anar Mövlanov müəyyən olunaraq saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, A.Mövlanov Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.