Bakıda evlər qarət olunub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində müxtəlif vaxtlarda 3 evdən pul, qızıl-zinət əşyaları, bank kartı və sənəd oğurlanıb.
Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Rasim Məmmədov saxlanılıb.
Araşdırma aparılır.