Bank kartından oğurluq edən keçmiş məhkumlar tutuldu

Sumqayıtda bank kartından oğurluqda şübhəli bilinən 2 keçmiş məhkum saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 6 050 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Vüqar Nəsibov və Ruslan Heydərov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.