Cəlilabadda taksi sürücüsü və tanışı saxlanıldı - AVTOMOBİLDƏN 11 KİLODAN ARTIQ NARKOTİK TAPILDI

Cəlilabadda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Stopnarkotik.az xəbər verir ki, əməliyyat rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Fərzili kəndində baş tutub. Nəticədə Bakı şəhər sakini 38 yaşlı Məmməd Əhmədov və onun tanışı olan taksi sürücüsü İmran Vahabov saxalanılıblar. Şöbədə onların üzərindən heç nə tapılmasa da, İ. Vahabovun idarə etdiyi "Opel Astra" markalı avtomobildə M. Əhmədova məxsus 7 kilodan çox marixuana və 4 kilodan çox heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.