Fevralın 24-də Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən 1100 manat pul oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yaxalanan qadının əvvəllər də oğurluğa görə məhkum olunduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.