Ağdaşda narkomaniyanın fəsadları ilə bağlı tədbir keçirilib - FOTOLAR

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Gəncliyin bəlası narkomaniya: necə xilas olmalı?” adlı layihəsini 28 fevral tarixində Ağdaş rayonunda keçirib.

Stopnarkotik.az xəbər verir ki, rayon Texniki Peşə Liseyində baş tutan görüşdə liseyin tələbələri və rayon gəncləri iştirak ediblər. Tədbiri rayon İcra Hakimiyyətinin nümayəndəsi Səbuhi Musayev açıq elan edib və Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Təşkilatın icraçı drektoru Tələt Qəribov narkomaniyanın yayılmasının,  əsasən də gənclər arasında təhlükəli həddə çatmasının səbəbləri, bu bəlanın bizi istəməyən qonşu dövlətlərin məkrli planı olduğu haqqında geniş çıxış edib.

Liseyin drektor əvəzi Habil Abdulxalıqov çıxışında qeyd edib ki, bu rayonda da gənclər arasında narkotiklərdən istifadə hallarına rast gəlinir.

Rayon Poliş Şöbəsinin əməkdaşları Rəhman Yolçuyev və Orxan Lətifzadə rayonda bu sahədə görülən proflaktik işlərdən danışıblar.

Stopnarkotik.az