Astara və Gəncədə avtomobil oğurlayan keçmiş məhbuslar ələ keçdi - RƏSMİ AÇIQLAMA

Astara rayonunun Siyaku kəndi ərazisində yerləşən avtomobil yuma məntəqəsindən “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Elnur Zaidov avtomobillə saxlanılıb. 

Gəncə ŞBPİ-nin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə fevralın 13-də şəhər ərazisindən “VAZ-2107” markalı avtomobil qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Firuddin Rəsulov avtomobillə şəhər ərazisində saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az