Göyçayda “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib - FOTO

Göyçay şəhər 3 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzularında növbəti maarifləndirmə tədbiri keçirilib. Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyanın fəsadları barədə şagirdləri məlumatlandırmaq  olub.

Stopnarkotik.az xəbər verir ki, RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev məktəblilərlə görüşdə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə ətraflı məlumat verib, antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edənlər erkən nikahın fəsadlarından söz açıb, ölkə qanunvericiliyində nikah yaşı, erkən nikahın yaratdığı hüquq pozuntusu və digər məsələlərlə bağlı ətraflı məlumat veriblər.

Stopnarkotik.az