Bakıda saxlanılan şəxsdən külli miqdarda marixuana götürüldü

Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Nurlan Xudiyev rayon ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, ondan 3 kiloqram 470 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.