Polis əməkdaşları Goranboyda müxtəlif cinayətləri törətməkdə şübhəli bilinən 15 nəfəri saxlayıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-fevral ayları ərzində rayon ərazisində keçirilən əməliyyatlar-profilaktiki tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, qanunsuz olaraq odlu silah saxlama, qəsdən sağlamlığa zərər vurma, və digər cinayətlər törədən ümumilikdə 15 nəfər saxlanılıb. Həmin şəxslərdən 4-ü narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub.
Həmçinin, qeyd edilən dövr ərzində Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 3, evlərdən və mağazalardan 6 min manat dəyərindən nağd pul və əşya oğurlamaqda şübhəli bilinən 2, qəsdən sağlamlığa zərər vuran 1, qanunsuz ov edən 1, qanunsuz olaraq odlu silah əldə edib saxlmaqda şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təqdim olunublar.
Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri müvafiq profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini 2-si döyüş təyinatlı silah olmaqla müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibilir ov silahlarını polisə könülllü təhvil veriblər. Bu istiqamətdə davam etdirilən tədbilər nəticəsində rayon ərazisində 2 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd həmin silaha aid daraq və 112 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.
Aşkar edilən bütün faktlarla əlaqədar Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.