Keçmiş məhbus 1 kiloqram narkotiklə yaxalandı - SURAXANI POLİSİNDƏN ƏMƏLİYYAT

Suraxanıda əvvəllər məhkum olunmuş Əhməd Məmmədov saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, Ə.Məmmədov Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ələ keçib. Ondan çəkisi 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az