Narkotik ticarətinə qarşı mübarizənin “liderləri”! – APRELDƏ NEFTÇALA POLİSİ DAHA AKTİV OLUB / SİYAHI

Stopnarkotik.az-dan tam fərqli və özəl layihə!

Dəyərli oxucular!

Stopnarkotik.az saytı 2023-cü ilin may ayından etibarən hər ay öz fərqli layihəsi ilə görüşünüzə gəlməkdədir.

Artıq sizlərə də məlum olduğu kimi, saytımızın əməkdaşları ay ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, onların “məhsuladarlığı” ilə bağlı müqayisəli təhlil yazısı dərc etməkdədir. Bununla, hər bir qurumun fəaliyyəti ilə əlaqədar geniş bilgilər əldə etməklə yanaşı, ayın “lideri” seçilənləri də tanımış olursunuz.

Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının hesabat dövründə gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da sizlərə təqdim etməkdəyik.

Qeyd: Layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmır, o cümlədən, tutaq ki, polis idarələri və rayon polis şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyəti də müqayisəli şəkildə təqdim edirik.

**

Beləliklə, bu dəfə 2024-cü ilin APREL ayının nəticəsi ilə oxucularımızı tanış edirik.

İlk öncə onu qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) aprel ayında da narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar mətbuata gündəlik rəsmi açıqlamalar verməyi davam etdirib. DİN-in məlumatına əsasən, aprel ayında narkotik ticarəti ilə məşğul olan 836 nəfər saxlanılıb ki, bu, ötən aya nisbətən 36 nəfər çoxdur. Daha ətraflı aşağıdakı linkə daxil olaraq informasiya əldə edə bilərsiniz:

 

Bundan əlavə, aprel ayında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən 5, Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən 2 və əlavə olaraq DİN-in müvafiq qurumları tərəfindən daha 3 əməliyyat keçirilib ki, bunların hər birində xeyli miqdarda narkotik vasitə ələ keçirilməklə yanaşı, çox sayda saxlanılan da olub:

Aprel ayında Dövlət Sərhəd Xidməti (DSX) ötən aya nisbətən xeyli passivlik nümayiş etdirib. Belə ki, martda 6 uğurlu əməliyyata imza atan DSX apreldə cəmi 3 dəfə fərqlənə bilib. Hansı ki, bu zaman da İrandan ölkəmizə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınmaqla yanaşı, saxlanılanlar da olub:

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ötən ay olduğu kimi, hesabat dövründə də 4 dəfə təcridxanaya (ərinə, qohumuna, tanışına, oğluna və s.) narkotik vasitə keçirilməsinin qarşısını almağı bacarıb:

Dövlət Gömrük Komitəsi (DGK) aprel ayında da öz ənənəsinə sadiq qalaraq, cəmi 1 dəfə fərqlənib ki, bu da Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində baş verib:

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası apreldə də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı görülən işlərlə bağlı aylıq hesabatlarını açıqlayıb:

Polis idarə və şöbələrinin fəaliyyətinə gəldikdə, hesabat ayında ölkə üzrə cəmi 28 polis idarə və şöbəsi narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın qarşısının alınması istiqamətində aparılan mübarizəyə dəstək verməyi bacarıblar. Bunların da əksəriyyəti ay ərzində cəmi 1 fakt üzrə seçilə biliblər.

Beləliklə, dəyərli oxucularımızı APREL ayında daha fəal olan polis idarə və şöbələrinin fəaliyyəti ilə daha yaxından tanış edək. Öncə onu qeyd edək ki, apreldə Neftçala Polis Şöbəsinin əməkdaşları 4 uğurlu əməliyyatla “ayın lideri” seçilməyi bacarıblar:

Hesabat ayının “gümüş medalçı”sı Sabunçu Rayon Polis İdarəsi olub. Hansı ki, bu rayonun polis əməkdaşları apreldə 3 uğurlu əməliyyat keçirərək, xeyli miqdarda narkotik vasitə aşkarlamaqla yanaşı, bir neçə narkotacirin biləyinə qandal vurmağı da bacarıblar:

Abşeron RPİ, Nəsimi RPİ, Yasamal RPİ, Ağdaş RPŞ, Masallı RPŞ və Zərdab RPŞ də hesabat ayında digər rayonların idarə və şöbələrindən seçilməyi bacarıblar. Belə ki, onlar 2 əməliyyatla apreldə “üçüncü yerin” sahibi olublar:

Xəzər RPİ, Ağsu RPŞ, Balakən RPŞ, Beyləqan RPŞ, Binəqədi RPİ, Hacıqabul RPŞ, Xızı RPŞ, İsmayıllı RPŞ, Kürdəmir RPŞ, Qazax RPŞ, Qobustan RPŞ, Lənkəran RPŞ, Mingəçevir ŞPŞ, Naftalan RPŞ, Nərimanov RPİ, Oğuz RPŞ, Samux RPŞ, Sumqayıt ŞPŞ, Şirvan RPŞ və Yevlax RPŞ də hesabat dövründə cəmi 1 əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə töhfə veriblər:

 

Bundan əlavə, hesabat dövründə təhsil ocaqlarında narkomaniyanın zərərli vərdişləri ilə bağlı maarifləndirici tədbirlər keçirməklə, ümumi mübarizəyə dəstək verən polislərimiz də az olmayıb. Qeyd edək ki, aprel ayında Lerik RPŞ və Quba RPŞ 3 tədbir təşkil etməklə, müvafiq sahədə “liderliyi” ələ alıblar:

Şirvan RPŞ, Ağcabədi RPŞ, Qusar RPŞ 2 maarifləndirici tədbir, Xətai RPİ, Biləsuvar RPŞ, Balakən RPŞ, Lənkəran RPŞ, Neftçala RPŞ, Hacıqabul RPŞ, Zərdab RPŞ, Yardımlı RPŞ və Saatlı RPŞ isə hərəyə 1 tədbir keçirməklə, maarifçilik işinə dəstək olublar:

 

Təkrar cinayətkarlıq

**

Xəbər verdiyimiz kimi, 2024-cü ilin ilk ayları ərzində təkrar cinayətkarlıq faktları dəfələrlə artıb. Belə ki, yanvarda ümumilikdə 78, fevralda 48, martda 27 təkrar cinayətkarlıq faktı qeydə alınıb. Apreldə isə 37 residiv baş verib ki, bunlardan 15-i bilavasitə narkotiklə, 22 fakt isə digər cinayət hadisələri ilə bağlıdır.

Ötən yazımızda da qeyd etdiyimiz kimi, əslində, təkrar cinayətkarlıq faktı ilə bağlı ötən bir neçə ayın statistikası cəmiyyətdə SOS siqnalı veriləcək dəhşətli nəticə hesab oluna bilər. Bu, ən azı onu deməyə əsas verir ki, hazırda ölkə həbsxanaları heç də məhbusları islah etmir, əksinə, belə demək mümkündürsə, yeni-yeni kriminal ünsürlər yetişdirərək, topluma ixrac edir.

Onu da nəzərə alsaq ki, açıqladığımız rəqəmlər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktların daha çox olduğunu da nəzərə alsaq, ölkədə təkrara cinayətkarlıq hallarının cəmiyyətimiz üçün ciddi problemə çevrildiyini deyə bilərik.

Bu haqda aşağıdakı linkə daxil olaraq, daha ətraflı məlumat əldə edə bilərsiniz:

 

Apreldə ölkə üzrə narkotik vasitəninin təsiri altında avtomobil idarə edən 3 sürücü də saxlanılıb ki, bunlar da yol polisinin aktivinə yazılmalı olan hallardır:

 Beləliklə, APREL ayının yekun mənzərəsinə əsasən qeyd edə bilərik ki, ölkəmizdə narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görüləcək hələ çox işlər var. Bütün bunlar həm də onu deməyə əsas verir ki, Azərbaycanda cinayətkarlığın artmasına ciddi təsir edən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısını yalnız əməliyyat-axtarış və cinayət-hüquqi tədbirlərinin keçirilməsi ilə almaq mümkünsüzdür. Odur ki, hökumətin bütün aidiyyəti qurumları bu probleminin qismən də olsa qarşısının alınması istiqamətində daha ciddi tədbirlər görməlidirlər.

İnanırıq ki, qarşıdakı aylarda bu bəladan xilas olmaq üçün hər bir vətəndaşımız da əlindən gələni əsirgəməyəcək, 44 günlük İkinci Qarabağ Müharibəsində olduğu kimi, yenə də ölkəmizi, gəncliyimizi “narkotik savaşı” ilə məhv etməyə çalışan xarici qüvvələrə qarşı həmrəylik nümayiş etdirəcəyik.

Stopnarkotik.az saytı olaraq hər bir vətəndaşımıza sağlam həyat, sağlam gələcək arzu edirik.

Stopnarkotik.az

P.S. Dəyərli oxucularımızın diqqətinə onu da çatdıraq ki, 2023-cü ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları, eləcə də 2024-cü ilin yanvar, fevral və mart aylarında narkotik ticarətinə qarşı mübarizənin nəticəsi ilə tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:

https://stopnarkotik.az/az/narkotik-ticartin-v-narkomaniyaya-qarsi-mubariznin-liderlri-may-ayinda-bu-rayonlar-daha-aktiv-olub

https://stopnarkotik.az/az/narkotik-ticartin-qarsi-mubariznin-liderlri-iyunda-abseron-polis-idarsinin-mkdaslari-daha-aktiv

https://stopnarkotik.az/az/narkotik-ticartin-qarsi-mubariznin-liderlri-iyulda-sabirabad-polis-sobsinin-mkdaslari-daha-aktiv

https://stopnarkotik.az/az/ay-rzind-723-narkotacir-hbs-edilib-binqdi-v-smkir-polislri-bu-df-daha-aktiv-olublar-siyahi.html

Narkotik ticarətinə qarşı mübarizənin “liderləri”! – BU DƏFƏ HACIQABUL POLİSİ DAHA AKTİV OLUB... / SİYAHI | Stop narkotik

Narkotik ticarətinə qarşı mübarizənin “liderləri”! – BU DƏFƏ NƏSİMİ VƏ QƏBƏLƏ POLİSLƏRİ DAHA AKTİV OLUB / SİYAHI | Stop narkotik

Narkotik ticarətinə qarşı mübarizənin “liderləri”! – ABŞERON, SABUNÇU VƏ SALYAN POLİSLƏRİ SEÇİLMƏYİ BACARIBLAR / SİYAHI | Stop narkotik

Narkotik ticarətinə qarşı mübarizənin “liderləri”! – MARTDA NƏRİMANOV POLİSİ DAHA AKTİV OLUB / SİYAHI | Stop narkotik