Biləsuvarda çantasında "Kalaşnikov" gəzdirən keçmiş məhkum həbs edildi - FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Əzizov saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, ona məxsus idman çantasından 1 ədəd "AKS-74" markalı avtomat silahı aşkarlanaraq götürülüb. 

Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib.

**

**