Bakıda evlərdən oğurluq edən keçmiş məhkum tutuldu

Polis əməkdaşları Bakıda evlərdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıblar.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində 2 evdən 15 min manatlıq qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Anar Əzizov saxlanılıb.

Araşdırma aparılır.