Daxili İşlər Nazirliyi (DİN) tərəfindən müsadirə edilmiş 2 ton narkotik məhv edilib.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə DİN tərəfindən qanunsuz dövriyyədən çıxarılan və 1692 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 1 ton 925 kiloqram müxtəlif narkotik vasitə “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin ərazisində məhv edilib.