Xırdalanda soyğunçuluq edən keçmiş məhbus saxlanıldı

Xırdalan şəhəri ərazisində bir şəxsin 250 manatının soyğunçuluq yolu ilə talanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rafat Nuriyev saxlanılıb. Onun axtarışda olması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.