Bakıda soyğunçuluq edən keçmiş məhkum ələ keçdi

Nəsimi rayonu ərazisində bir nəfərin pulunu, mobil telefonunu və eynəyini quldurluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaur İsmayılov və Eyvaz Verdizadə müəyyən olunaraq saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, onlar Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ələ keçib.

Faktla bağlı araşdırma aparılır.