“Narkomaniyaya yox deyək!” - SAATLIDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ / FOTO

Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 1 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Stopnarkotik.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Hikmət Vəliyev dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən söz açıb. 

Bildirilib ki, bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ölkə ərazisində zəruri bütün tədbirlər görülür və qeyd edilən qanunsuz əməllə məşğul olan şəxslər ifşa olunaraq məsuliyyətə cəlb olunurlar.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotiklərin zərərlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

**

Stopnarkotik.az