ƏVVƏL NARKOTİK VƏ OĞURLUQLA ƏLAQƏDAR HƏBS OLUNMUŞDULAR, İNDİ İSƏ... - Keçmiş məhbuslar saxlanıldı

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində iki həyətdən ümumilikdə 5200 manat dəyərində təmir alətləri, inşaat materialları və naqil oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar Ziya Əliyev və Üfüq Alxasov müəyyən olunaraq saxlanılıblar.

Stopnarkotik.az xəbər verir ki, onlar Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ələ keçib.

Faktla bağlı araşdırma aparılır.