XIZIDA ƏMƏLİYYAT: keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü - FOTO

Xızıda külli miqdarda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Səfər Səfərov saxlanılıb.

Həmin şəxsdən 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Səfərovun barəsində həbs qətimkan tədbiri seçilib.