Bakıda avtomobil qaçıran keçmiş məhbus saxlanıldı - DAHA BİR NEÇƏ CİNAYƏT ƏMƏLİ AŞKARA ÇIXDI

Aprelin 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Yasamal rayonu ərazisindən “Toyota” markalı avtomobil qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Dadaşov avtomobillə saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, araşdırmalarla O.Dadaşovun aprelin 5-nə keçən gecə Nəsimi rayonu ərazisində daha bir “Toyota” markalı avtomobildən mobil telefon və həmin avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlaması da müəyyən olunub.

Qeyd edilən dövlət qeydiyyat nişanları polis əməkdaşları tərəfindən avtomobilin sahibinə qaytarılıb.

Stopnarkotik.az