Qazaxda avtomobil qaçıran keçmiş məhkum tutuldu - FOTOLAR

Qazaxda avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2106 markalı avtomobili qaçırmaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Dərviş Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.