NARKOTİKLƏ ƏLAQƏDAR "İÇƏRİDƏ" YATMIŞDILAR, İNDİ İSƏ... - Bakıda keçmiş məhkumlar ələ keçdi - FOTO

Paytaxtın Nəsimi rayonunda yerləşən mobil operatorlardan birinin stansiyasından 8 ədəd şəbəkə qidalandırıcı akkumulyator, kondisioner və optik naqillər oğurlanıb.

DİN-dən Stopnarkotik.az-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Alik Rəhimov və Roman Babayev Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla hər ikisinin əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib.

A.Rəhimov və R.Babayevin digər talama cinayətlərində iştirak edib-etmədiklərinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.