ZƏRDABDA ƏMƏLİYYAT: iranlıya narkokuryerlik edən şəxs saxlanıldı, külli miqdarda narkotik ələ keçdi - FOTOLAR

Zərdabda narkokuryer saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuş Kamran Quliyev saxlanılıb. Ondan 5 kiloqrama yaxın marixuana aşkar edilib. Kamran Quliyev sosial şəbəkələrdə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan "Cəlal" adlı İran vətəndaşının göstərişi ilə narkokuryerlik etdiyini bildirib. O, narkotikləri maddi gəlir qarşılığında Gəncə şəhərinə aparmalı imiş.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Zərdabda narkokuryer saxlanılıb