NARKOTİK VƏ OĞURLUQLA ƏLAQƏDAR HƏBS OLUNMUŞDU, İNDİ İSƏ... - Sabunçuda keçmiş məhbus saxlanıldı

Sabunçu qəsəbəsi  ərazisində bir qadının çantasından içərisində pulu və 3 ədəd bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ramal Ağacanov müəyyən edilərək saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, R.Ağacanov Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.

Onun Nardaran qəsəbəsi ərazisində bir evin zirzəmisindən 4800 manat dəyərində otbiçən və elektrik naqili oğurlaması da məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az