Neftçalada narkotik satan keçmiş məhkum ələ keçdi - KÜLLİ MİQDARDA MARİXUANA VƏ "PATI" AŞKARLANDI

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı əvvəllər məhkum olunmuş Hacıağa Quliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, ondan iki kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb. Araşdırmalarla H.Quliyevin qeyd edilən narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Stopnarkotik.az