Ağcabədidə məktəblilərə narkotikin insana vurduğu zərbələrdən danışılıb - FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Pərioğlular kənd tam orta məktəbində Hacıbədəlli kənd tam orta məktəbinin şagirdlərinin də iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev narkotikin yaratdığı problemlerdən, insan səhhətinə vurduğu zərbələrdən geniş şəkildə danışıb. Bu bəlanın qarşısının alınması üçün polis əməkdaşları tərəfindən görülən  tədbirlər yeniyetmələrin nəzərinə çatdırılıb. Sonda şagirdlərə dəyərli tövsiyələr verilib və maraq doğuran suallar cavablandırılıb.

**