Ağcabədidə narkomaniya əleyhinə maarifləndirici tədbiri keçirildi - FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Köyük kənd tam orta məktəbində, eləcə də Muğanlı və Şahsevən kənd tam orta məktəblərinin şagirdlərinin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev narkotikin yaratdığı problemlərdən, insan səhhətinə vurduğu zərərlərdən ətraflı söhbət açıb. Aparılan mübarizə üsulları və rayon ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarṣı görülən tədbirlər iştirakçıların diqqətinə çatdırılıb.

Sonda şagirdlərə dəyərli tövsiyələr verilib və maraq doğuran suallar cavablandırılıb.

**

Stopnarkotik.az