Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun İsmətli kənd tam orta məktəbində “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda tədbir təşkil olunub.
Stopnarkotik.az xəbər verir ki, çıxış edən Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov bildirib ki, narkomaniya hazırda cəmiyyətin ən böyük qlobal problemlərindən biridir. Son illər Respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli gücləndirlib, sağlam həyat tərzinin təbliğ olunması, narkomanlıq və digər neqativ halların profilaktikası məqsədilə müxtəlif kollektivlər qarşısında o cümlədən, məktəblərdə görüşlər, müsabiqələr və digər tədbirlər keçirilməkdədir. Məqsəd yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, qanunazidd əməllərin qarşısını almaq, məktəbliləri sağlam həyat tərzinə daha da həvəsləndirməkdir.
Sonra müzakirə olunan mövzular ətrafında çıxışlar dinlənilib və narkomaniya bəlasının acı nəticələri, erkən nikahların fəsadları məktəblilərin diqqətinə çatdırılıb.
Stopnarkotik.az