Bakıda avtomobildən oğurluq edən keçmiş məhkum saxlanıldı

Nəsimi rayonu ərazisində “Mercedes” markalı avtomobildən 300 manat pul və evlərin birinin qarşısından 1200 manat dəyərində velosiped oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Alim Əhmədov müəyyən edilərək saxlanılıb. 

Stopnarkotik.az xəbər verir ki, o, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb. 

Faktla bağlı araşdırma aparılır.